Məhsullar
Poliuretan dam paneli
Poliuretan Dam Panelləri (PUR) poliol, pentan və izosionatın xüsusi istehsal şəraitində katalizatorlar və yüksək təzyiq altında birləşməsi ilə əmələ gələn bərk poliuretan köpüyüdür. Qapalı hüceyrə strukturu sayəsində yüksək istilik izolyasiyası təmin edir, səs və su keçirmir, eyni zamanda bakteriya yaratmır. Yüksək sıxılma müqavimətinə malik olduğu üçün yüksək məhsuldarlıq göstərir. Ən yaxşı performansı 70-80°C temperatur aralığında verir, maksimum 100-110°C-ə qədər davamlıdır; daha yüksək temperaturda isə xüsusiyyətlərini itirə bilər.
Poliuretan dam panellərin istehsalı
Dam panelləri hazırlanarkən qalınlığı 0,3-0,5 mm, eni isə 1090, 1150 və 1250 mm olan polimer örtüklü polad lövhələrdən istifadə olunur. Almaniyadan gətirilən xüsusi avadanlıq sayəsində panellərimiz daha yüksək davamlılıq və izolyasiya gücünə malikdir və bazarda mövqeyini daima qoruyur. Rəng seçimi isə “RAL” rəng kataloquna əsasən müəyyən edilir və bu rənglər poliuretan dam panellərinə (PUR) tətbiq olunur.
İstifadə sahələri
Dam panellərinin istifadəsi geniş sahələri əhatə edir. Onlar zavod binaları, sənaye obyektləri, hərbi və sosial binalar, kənd təsərrüfatı və idman təyinatlı tikililər, tikinti sahələrində müvəqqəti qurğular, toyuq fermaları, soyuducu otaqlar, bunkerlər, hipermarketlər, ticarət mərkəzləri, örtülü bazarlar və istilik elektrik stansiyaları kimi genişmiqyaslı, daşıyıcı sistemi polad və ya yığma karkas olan binaların dam örtüklərində geniş istifadə olunur.
Daşyunlu dam paneli
Daş yun qeyri-orqanik xammal olan bazalt daşının 1350 °C – 1400 °C temperaturda əridilib lif halına gətirilməsi ilə əldə edilir. Nəm və rütubətə məruz qaldıqda belə ölçülərində dəyişiklik olmur, çürüməz, kiflənməz, paslanmaz və korroziyaya uğramaz. Həşəratlar və mikroorqanizmlərin təsirinə qarşı davamlıdır. Tam avtomatlaşdırılmış istehsal müəssisəmizdə daş yun lövhələr bölmələri dolduracaq şəkildə kəsilərək, panel səthinə perpendikulyar yerləşdirilir ki, bu da sendviç panellərin sıxılmaya müqavimətini artırır. Daş yun həm istilik və səs izolyasiyası, həm də akustik tənzimləmə və yüksək yanğın təhlükəsizliyi təmin edir.
Daşyunlu dam panellərin istifadə sahələri
Daşyunlu dam panelləri geniş istifadə sahəsinə malikdir. Onlar ticarət və yaşayış binalarında, sənaye komplekslərində, anbarlarda və kənd təsərrüfatı obyektlərində geniş tətbiq olunur. İstehsal etdiyimiz daşyun panellərinin çox yönlülüyü, həm yeni tikililərdə, həm də təmir layihələrində asan və sürətli quraşdırılmasına imkan verir.