Rəqəmsal Arxiv
Sənədlər, media materiallar və hesabatlar
«IMETAL»
«İronFerro Metal» MMC və «AgroSmart» MMC şirkətlərinin ticarət markasıdır.
Fəaliyyət sahəmiz bir neçə istiqaməti əhatə edir:
- Hündür fermaların, talvarların (naveslərin), anbarların, anqarların, kameraların və digər açıq və qapalı metal konstruksiyaların layihələndirilməsi, istehsalı və yerində montajı.
- Bağ evləri üçün dekorativ darvaza və qapıların, metal cəpərlərin, pəncərə qəfəslərinin, manqalların, besedkaların, uşaq yelləncəklərinin və digər metal konstruksiyaların layihələndirilməsi, istehsalı və yerində montajı.
- Ofis, yaşayış, anbar və texniki təyinatlı konteynerlərin layihələndirilməsi, istehsalı və yerində montajı.
- Çoxpilləli AVR sistemləri, UPS og generatorla təchiz olunmuş elektrik təchizatı sistemlərinin, paylayıcı elektrik panellərinin və şkaflarının layihələndirilməsi, hazırlanması və yerində montajı.
- Tütün, biyan, meyvə və tərəvəz quruducularının layihələndirilməsi, hazırlanması və yerində montajı.
- Quruducu, soyuducu kameralar və digər texnoloji avadanlıqların proqramla idarəetmə panellərinin yığılması.
- SCADA sistemi tətbiq olunmaqla PLC əsasında uzaqdan müşahidə və idarəetmə sistemlərinin layihələndirilməsi və proqram təminatı ilə təchiz olunması.






















































